Əfqan Sadıqov həbs edildi

Belarus Rusiyanı məhkəməyə verib


Belarus hökuməti Rusiyanı məhkəməyə verib

APA-nın RBC-ya istinadən verdiyi məlumata görə, bunu Belarus prezidenti Aleksandr Lukaşenko keçirdiyi brifinqdə deyib.
 
O bildirib ki, buna səbəb Rusiya neftinin Belarus ixracının azalmasıdır.
 
“Mübahisə yalnız qazla bağlı idi. Lakin onlar neft ixracını azaltdılar. Anlaşmalarımıza əsaslanaraq, məhkəməyə müraciət etdik”, - deyə o qeyd edib.
 
Lukaşenko mövcud durumun anormal adlandırıb: “Belarus Rusiya ilə bağladığı heç bir müqaviləni pozmayıb. Rusiya hakimiyyəti isə bəzən belaruslu məmurlara yuxarıdan aşağı baxır. Rusiya nefti olmadan da keçinə bilərik. Lakin bu, çətin olacaq”. 


MilliYol.Az

Bu dövrdə xəbər yoxdur.

Belarus Rusiyanı məhkəməyə verib - Milliyol.az