Bazar yandı - 15 ölü, 70-dən çox yaralı


Keniyanın paytaxtı Nayrobi şəhərində bazarda güclü yanğın baş verib

Trend-in məlumatına görə, hadisə nəticəsində 15 nəfər həlak olub, 70-dən çox adam yaralanıb.

Hazırda yanğının baş vermə səbəbləri araşdırılır.

Qeyd edıək ki, Nayrobidə son doqquz ay ərzində bazarda baş vermiş iki yanğınla əlaqədar ölkə prezidenti araşdırma həyata keçirməyi tapşırıb.