Baykal TBMM iclasını idarə etməkdən imtina etdi


CHP-nin Antalya millət vəkili Dəniz Baykal TBMM-in ilk iclasını idarə etməkdən imtina edib

Axar.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazıb.

Dəniz Baykalın yerinə TBMM-in ilk iclasını Durmuş Yılmazın idarə edəcəyi açıqlanıb.

Qeyd edək ki, Konstitusiyaya görə, parlamentin seçkidən sonra ilk iclasını sədr seçilənə qədər məclisin ən yaşlı deputatı idarə etməlidir.