Əfqan Sadıqov həbs edildi

Banqkok aeroportunda 300-ə yaxın əməkdaş tətil keçirir

Banqkokun Suvarnabxumi aeroportunda baqajların yoxlanılması xidmətinin 300-ə yaxın işçisi tətil keçirir

Trend-in məlumatına görə, bu barədə "Bangkok Post" qəzeti xəbər verib.

Aeroportun tətil edən əməkdaşları əmək haqlarının artırılması, nəqliyyat xərclərinin ödənilməsi, sosial güzəştlərin təmin edilməsi kimi tələblərlə çıxış edirlər.

Aeroport rəhbərliyi tətil edən əməkdaşlarla görüşüb, tələblərini dinləsə də, hələ ki, onlarla razılığa gələ bilməyib.

Aeroport əməkdaşlarının tətili ilə əlaqədar reyslərin gecikməsi və ya təxirə salınması barədə isə hələ məlumat verilməyib.

MilliYol.Az

Bu dövrdə xəbər yoxdur.

Banqkok aeroportunda 300-ə yaxın əməkdaş tətil keçirir - Milliyol.az