Bakıda qəbiristanlıqdan oğurluq edənlər saxlanılıb


Bakıda qəbiristanlıqların birindən oğurluq edilib

Teleqraf.com xəbər verir ki, iyunun 28-nə keçən gecə Sabunçu qəsəbəsi ərazisindəki qəbiristanlıqların birindən 10 qəbirin ətrafına çəkilmiş məhəccərin qapılarının oğurlanması barədə Sabunçu rayon Polis İdarəsinin 12-ci polis şöbəsinə müraciət daxil olub.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən 2 nəfər qısa müddətdə polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırmalarla onların Bakı şəhər sakinləri Valeh Babayev və Fərid Əliyev olduqları müəyyən edilib.
Bakıda qəbiristanlıqdan oğurluq edənlər saxlanılıb - Milliyol.az