Əfqan Sadıqov həbs edildi

Bakıda piyadaları maşın vurub – Biri ölüb


Bakıda üç nəfəri maşın vurub

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, aprelin 16-da saat 23 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsində qəsəbə sakini Orxan İsmayılov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Abşeron rayon sakinləri – Murad Zeynalovu, Kamil Ağayevi və Nicat Vahabovu vurub.

Nəticədə K.Ağayev hadisə yerində ölüb, digər 2 nəfərə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar.

Qaradağ RPİ tərəfindən araşdırma aparılır.


MilliYol.Az
Bakıda piyadaları maşın vurub – Biri ölüb - Milliyol.az