Əfqan Sadıqov həbs edildi

Azərbaycanın xarici dövlət borcu 9 milyard dolları keçdi - 16 milyard manat


21 yanvar 2018-ci il tarixinə Azərbaycanın xarici dövlət borcu 9,398.3 milyon dollar (15,978.1 milyon manat) olub

Maliyyə Nazirliyindən verilən məlumata görə, xarici dövlət borcunun Ümumi Daxili Məhsula (ÜDM) olan nisbəti 22.8 faiz (2017-ci il üçün hesablanmış 70,135.1 milyon manat ÜDM-ə nisbətdə) təşkil edib.

Borca hökumətin birbaşa öhdəlikləri və dövlət zəmanətilə cəlb edilmiş kreditlər üzrə şərti öhdəliklər daxil edilib.

Xarici dövlət borcu beynəlxalq maliyyə institutlarından infrastruktur layihələri və maliyyələşmə proqramları üçün cəlb edilmiş kreditlərdən, həmçinin beynəlxalq maliyyə bazarlarında yerləşdirilmiş qiymətli kağızlardan ibarətdir.
Azərbaycanın xarici dövlət borcu 9 milyard dolları keçdi - 16 milyard manat - Milliyol.az