Əfqan Sadıqov həbs edildi

“Azərbaycanın uğurları, sosial-iqtisadi inkişafı bizi səmimi qəlbdən sevindirir"


“İlham Heydər oğlu, dəvətə görə çox sağ olun. Biz dost Azərbaycanın uğurlarına, sosial-iqtisadi inkişafına, beynəlxalq arenada uğurlarına səmimi qəlbdən sevinirik”

Bunu Tacikistan Prezidenti Emoməli Rəhmon Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə təkbətək görüşdə deyib.

“Tacikistan Azərbaycanla çoxşaxəli əməkdaşlığa böyük əhəmiyyət verir. Tacikistan-Azərbaycan qarşılıqlı əlaqələrinin bütün formatlarda dinamik inkişafı sevindiricidir. Əminəm ki, bizim bugünkü görüş bütün əsas məsələlər üzrə qarşılıqlı münasibətlərimizə yeni impuls verəcək. Sağ olun”, -deyə dövlət başçısı bildirib.

MilliYol.Az