Azərbaycanda yüksək vəzifəli məmur vəfat etdi - FOTO

Maliyyə Nazirliyinin İnfrastuktur təyinatlı layihələrin maliyyəsi şöbəsinin müdiri Mərdan Mərdanov vəfat edib.

MilliYol.Az modern.az-a istinadla xəbər verir ki, məmurun ölümü sağlamlığında yaranmış problemlə bağlı olub. O, Xırdalan qəbirstanlığında torpağa tapşırılacaq.

Xatırladaq ki, Mərdan Mərdanov Azərbaycan Yazıçılar Birliyinin katibi və “525-ci” qəzetin baş redaktoru Rəşad Məcidin dayısı, Laçın rayonundan keçmiş deputat Elbrus Təhməzovun isə qardaşı olub.

Allah rəhmət eləsin!



MilliYol.Az
Azərbaycanda yüksək vəzifəli məmur vəfat etdi - FOTO - Milliyol.az