Əfqan Sadıqov həbs edildi

Avtobus kanala düşdü: 7 ölü, 25 yaralı


Banqladeşin mərkəzi hissəsində, Tanqayl dairəsinin Dhanbari şəhərində avtobus su kanalına düşüb

Trend-in məlumatına görə, yol qəzası nəticəsində ən azı 7 nəfər ölüb, 25 nəfər xəsarət alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib, onlardan 9-nun vəziyyəti ağırdır.

Hadisəyə avtobus sürücüsünün ötmə əməliyyatını düzgün yerinə yetirməməsi səbəb olub.

Qeyd edək ki, Banqladeşdə hər il təqribən 10 min nəfər yol-nəqliyyat hadisələrinin qurbanı olur.

MilliYol.Az

Bu dövrdə xəbər yoxdur.

Avtobus kanala düşdü: 7 ölü, 25 yaralı - Milliyol.az