Əfqan Sadıqov həbs edildi

Avropa İttifaqının ən çox dövlət borcu olan ölkələri açıqlanıb


Avropa İttifaqının (Aİ) Statistika xidməti Təşkilatın ən çox dövlət borcu olan ölkələrini açıqlayıb

“Report” “Qazeta.Ru”ya istinadən xəbər verir ki, 2017-ci ilin dördüncü rübünə olan statistikaya əsasən, ÜDM-ə nisbətdə ən yüksək dövlət borcu olan ölkələr Yunanıstan (178,6%), İtaliya (131,8%), Portuqaliya (125,7%), Belçika (103,1%) və İspaniyadır (98,3%).

Ən yaxşı göstəricilər isə Estoniya (9%), Lüksemburq (23%), Bolqarıstan (25,4%), Çexiya (34,6%) və Rumıniyada (35%) qeydə alınıb.
Avropa İttifaqının ən çox dövlət borcu olan ölkələri açıqlanıb - Milliyol.az