Avropa İttifaqı Trampın Qüds qərarını dəstəkləmir


Avropa İttifaqı ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanıması ilə bağlı qərarı dəstəkləmir

Virtualaz.org xarici KİV-ə istinadən bildirir ki, bunu Avropa İttifaqının təhlükəsizlik və xarici siyasət üzrə ali nümayəndəsi Federika Moqerini bəyan edib.

Onun sözlərinə görə, Avropa İttifaqı ölkələri öz səfirliklərini paytaxt Təl-Əvivdən Qüdsə köçürməyəcək.

Avropa İttifaqının təhlükəsizlik və xarici siyasət üzrə ali nümayəndəsi İsrailin baş naziri Benyamin Netanyahu ilə iki saat davam edən görüşdən sonra deyib: “Netanyahu digər ölkələrə bel bağlaya bilər, Aİ ölkələri tərəfindən belə addım atılmayacaq”.
Avropa İttifaqı Trampın Qüds qərarını dəstəkləmir - Milliyol.az