Əfqan Sadıqov həbs edildi

Avropa İttifaqı Şurasının qərargahı yenə tüstüləndi - Təxliyyə


Brüsseldə Avropa İttifaqı Şurasının yeni binasında növbəti dəfə təxliyə işləri aparılıb

Virtualaz.org xarici KİV-ə istinadən bildirir ki, binanın yeməkxana hissəsindəki havalandırma sistemində yenə tüstülənmə qeydə alınıb.

Dərhal əməkdaşlar təxliyə edilib, bəzi şəxslər tüstüdən halsızlaşıb.

Qeyd edək ki, oktyabrın 13-də də oxşar hadisə qeydə alınmışdı. O vaxt 10-dan çox insan tüstüdən zəhərlənmişdi.

Onu da qeyd edək ki, 19-20 oktyabr tarixlərində orada ölkə və hökumət başçılarının sammiti keçirilməlidir. Aİ Şurası əmin edir ki, insident sammitin keçirilməsinə mane olmayacaq.

MilliYol.Az
Avropa İttifaqı Şurasının qərargahı yenə tüstüləndi - Təxliyyə - Milliyol.az