Əfqan Sadıqov həbs edildi

AŞPA-nın yeni prezidenti seçilib


Avropa Şurası Parlament Assambeleyasının yay sessiyasında isveçrəli Liliane Maury Pasquier qurumun yeni prezidenti seçilib

APA-nın Avropa müxbirinin verdiyi xəbərə görə, o, bundan əvvəl prezident Mikele Nikolettiyə öz təşəkkürünü bildirib.

L. M. Pasquier bir qadın kimi bu vəzifəyə seçilməkdən qurur duyduğunu deyib. O qeyd edib ki, bu günə qədər qurumun sadəcə üç qadın prezidenti olub. Qadınların yüksək vəzifələrdə çalışmasının önəmindən danışan yeni prezident, gender bərabərliyinin vacibliyini vurğulayıb.

Qeyd edək ki, AŞPA-nın hazırki prezidenti Mikele Nikoletti bu ilin yanvarında bu vəzifəyə seçilmişdi.

AŞPA-nın yay sessiyası iyunun 29-da başa çatacaq.

Bu dövrdə xəbər yoxdur.

AŞPA-nın yeni prezidenti seçilib - Milliyol.az