Əfqan Sadıqov həbs edildi

Arvadının iki sevgilisi tərəfindən döyüldü - Qisasını evdəkindən aldı

Türkiyənin Konya şəhərində həyat yoldaşını qətlə yetirən Hikmət adlı şəxsin məhkəmədə verdiyi ifadə diqqət çəkib.

55 yaşlı cinayətkar iddia edib ki, o, arvadının 2 sevgilisi tərəfindən döyülüb. Üstəlik həmin şəxslər 55 yaşlı ailə başçısının üzərindəki pulları oğurlayıb.

Bundan qəzəblənən şəxs, qisasını həyat yoldaşından alıb. Tərəflər məsələ barədə mübahisə edərkən Hikmət həyat yoldaşına bıçaq zərbələri endirib. Qadın aldığı xəsarətlərdən dünyasını dəyişib. O, həyat yoldaşının cəsədini hamamda gizlədib.

Xanımın yoxa çıxmasından şübhələnən qonşular, polisə məlumat verib. Araşdırmalardan sonra ailə başçısı saxlanılaraq məhkəməyə çıxarılıb. Ali orqan onun barəsində 15 il iş kəsib.(atv.az)

MilliYol.Az

Bu dövrdə xəbər yoxdur.

Arvadının iki sevgilisi tərəfindən döyüldü - Qisasını evdəkindən aldı - Milliyol.az