Əfqan Sadıqov həbs edildi

Ankarada sürücülər arasında silahlı qarşıdurma: Yaralılar var


Ankara Ümumi Sürücülər binasının otağında baş verən silahlı qarşıdurmada ofis rəhbəri Zəfər Şənərin də aralarında olduğu 5 adam yaralanıb

Məlumata görə, ayrı-ayrı xətt üzrə çalışan sürücülər xidməti binada bir araya gəliblər.

Milli.Az Hürriyet-ə istinadən xəbər verir ki, tədbir zamanı məlum olmayan səbəblərdən Zəfər Şener ilə ona qarşı olduğu iddia edilən qrup üzvləri arasında mübahisə yaranıb. Mübahisənin silahlı qarşıdurmaya çevrilməsi ilə qan tökülüb.

Yaralılar hadisə yerinə gələn təcili yardımlarla xəstəxanaya çatdırılıblar.

Polis binaya giriş-çıxışları bağlayıb, bölgədə təhlükəsizlik tədbirləri görülüb.

Hadisə ilə əlaqədar istintaq başladılıb.

MilliYol.Az

Bu dövrdə xəbər yoxdur.

Ankarada sürücülər arasında silahlı qarşıdurma: Yaralılar var - Milliyol.az