Almaniyanın beynəlxalq axtarışa verdiyi Türkiyə vətəndaşı Azərbaycanda həbs edilib



Almaniyanın beynəlxalq axtarışa verdiyi Türkiyə vətəndaşı Turqut Kamal Abdulsəlam Azərbaycanda həbs edilib

APA-nın xəbərinə görə, o, Almaniyada narkotik vasitələrin dövriyyəsində təqsirləndirilir.

T. Abdulsəlamın Almaniyaya ekstradisiyası ilə əlaqədar iş Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

O, Biləsuvar sərhəddində saxlanılıb.

MilliYol.Az