Əfqan Sadıqov həbs edildi

Almaniyada yaşayış binasında güclü partlayış baş verib

Almaniyanın Bremen şəhərində bu gün səhər saatlarında yaşayış binasında baş verən güclü partlayış nəticəsində azı 3 nəfər ölüb

TASS xəbər verir ki, DPA agentliyi partlayışın Xuxtinq rayonundakı balaca binanın yuxarı mərtəbəsində baş verdiyini bildirib.

Nəticədə ev özülünə qədər dağılıb, qalıqlar 50 metr radiusda səpələnib.

Yanğınsöndürənlərdən biri daha əvvəl belə hadisəyə rast gəlinmədiyini deyib.

Hələlik hadisənin hansı səbəbdən baş verməsi haqqında məlumat verilmir.

Bu dövrdə xəbər yoxdur.

Almaniyada yaşayış binasında güclü partlayış baş verib - Milliyol.az