Əfqan Sadıqov həbs edildi

Almaniya məhkəmələri miqrantların şikayətləri ilə dolub-daşır


Almaniya məhkəmələri miqrantlardan saysız-hesabsız şikayət ərizəsi qəbul edib

Virtualaz.org DPA agentliyinə istinadən xəbər verir ki, 2017-ci il ərzində inzibati məhkəmələrə 200 minə yaxın belə şikayət daxil olub. Müqayisə üçün bildirilir ki. ötən il həmin ərizələrin sayı 100 min, 2015-ci ildə isə 50 min olub.

Şikayətlərin əsas mövzusu miqrantlara qaçqın statusunun verilməsindən imtinadır. Digər qisim şikayətçilər AFR-də yaşamaq hüquqlarının müddətsiz elan edilməsini istəyirlər.

Şikayətlərin çoxluğu ilə əlaqədar məhkəmə işçilərinin sayının təcili şəkildə artırılması məsələsi qaldırılıb ki, ərizələrə vaxtında baxıla bilsin.

MilliYol.Az

Bu dövrdə xəbər yoxdur.

Almaniya məhkəmələri miqrantların şikayətləri ilə dolub-daşır - Milliyol.az