Əfqan Sadıqov həbs edildi

Aleksandr Lapşin Rusiya XİN-in tövsiyəsinə məhəl qoymayıb


Rusiya Xarici İşlər Nazirliyi (XİN) milliyyətindən asılı olmayaraq, bütün rusiyalıların qanuni maraqlarını müdafiə edir

MilliYol.Az Trend-ə istinadən məlumatına görə, bu barədə RF XİN-in İnformasiya və mətbuat departamentinin direktor müqavini Artyom Kojin KİV-in xarici siyasət idarəsinin erməni işğalçı rejimi tərəfindən saxlanılan Rusiya vətəndaşlarının taleyi məsələsində iştirakı ilə bağlı sualına cavabında deyib.

O qeyd edib: "Məlum olduğu kimi, Dağlıq Qatabağ zonası Rusiya vətəndaşlarının səfərdən çəkinməsinin tövsiyə edildiyi yerlər sırasındadır. Bununla belə, biz prinsip etibarilə, jurnalistlər və ayrı-ayrı vətəndaşlar tərəfindən bu və digər ərazilərə dinc səfərlərin cinayət törətmək qismində kriminallaşdırılmasının əleyhinəyik.

Dilqəm Əsgərova gəlincə, qeyd etmək lazımdır ki, o da bundan əvvəl Aleksandr Lapşin kimi RF XİN-in müvafiq tövsiyələtinə məhəl qoymadı".

MilliYol.Az

Bu dövrdə xəbər yoxdur.

Aleksandr Lapşin Rusiya XİN-in tövsiyəsinə məhəl qoymayıb - Milliyol.az