Əfqan Sadıqov həbs edildi

“Aİ Türkiyəni qəbul etmək istəmirsə, bunu etiraf etsin“


Avropa İttifaqı Türkiyə ilə bağlı heç bir vədini yerinə yetirməyib

Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Onun sözlərinə görə, Türkiyənin Aİ ilə problemləri yoxdur, amma belə görünür ki, bu qurumun Türkiyəyə qarşı münasibəti ikili standartlara əsaslanır. "Türkiyənin Aİ-yə daxil olan bəzi ölkələrdən daha güclü olmasına baxmayaraq, Ankara indiyədək üzvlük əldə edə bilməyib".

Türkiyə prezidenti bəyan edib ki, əgər Aİ Türkiyəni qurumun tərkibində görmək istəmirsə, bunu səmimiyyətlə etiraf etsin.(Trend)

MilliYol.Az

Bu dövrdə xəbər yoxdur.

“Aİ Türkiyəni qəbul etmək istəmirsə, bunu etiraf etsin“ - Milliyol.az