Aİ Rusiyaya qarşı sanksiyaların müddətini uzadıb


Avropa İttifaqına üzv ölkələri Brüsseldə keçirilən sammit zamanı Rusiyaya qarşı sanksiyaların müddətini uzatmağa dair razılığa gəliblər

Oxu.Az-ın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Aİ Şurasının sədri Donald Tusk bildirib.

Qeyd edək ki, sanksiyaların müddəti 2018-ci yanvarın sonunadək idi.

“Aİ Rusiyaya qarşı iqtisadi sanksiyaların uzadılmasını yekdilliklə dəstəkləyir”, - deyə D.Tusk “Twitter” hesabında qeyd edib.
Aİ Rusiyaya qarşı sanksiyaların müddətini uzadıb - Milliyol.az