Afrinin “milli ordu”su yaradıldı


Suriyanın Afrin rayonunun terrorçulardan azad edilməsindən sonra Azad Suriya Ordusuna daxil olan müxtəlif qruplar “milli ordu”nun tərkibində birləşib

Trend-in məlumatına görə, hazırda bölgədə təhlükəsizliyi daha əvvəl Türkiyə tərəfindən yaradılmış yerli polis təmin edir.

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələrinin PYD, YPG və İŞİD terror qruplaşmalarına qarşı başladığı “Zeytun budağı” əməliyyatı çərçivəsində Suriyanın Afrin bölgəsi martın 18-də terrorçulardan azad olunub.
Afrinin “milli ordu”su yaradıldı - Milliyol.az