Əfqan Sadıqov həbs edildi

Adnan Oktarın “kedicik”lərlə cinsi əlaqədə olub-olmadığı araşdırılır


Polisin keçirdiyi əməliyyat nəticəsində məhkəməyə çıxarılan və həbs edilən Adnan Oktarın verilişdə yanında olan qadınlarla hər hansı bir ünsiyyətinin olub-olmadığı araşdırılır

“Ölkə.Az” xəbər verir ki, bu səbəbdən “kedicik”lərdən DNA nümunələri götürülüb.

Adnan həbsxanadakı açıq görüşdə qardaşı və qardaşı oğlu ilə görüşüb.  Görüş 1 saat davam edib və iki həbsxana baxıcısının müşayəti altında baş tutub. Bu günə qədər Oktar ona təyin edilən 7 vəkili bəyənməyib. Hazırda 8-ci vəkil axtarılır. Sorğuda Adnana 353 sual ünvanlanıb.

Qruplaşma lideri haqqında ən böyük ittihamlardan biri də cinsi istismardır. Bu səbəbdən Oktarın yanındakı qadınlarla cinsi əlaqədə olub-olmadığını dəqiqləşdirmək üçün həm Adnandan, həm də qadınlardan DNA nümunəsi götürülüb. Bundan başqa isə bəzi bioloji testlər də edilib.

Adnan 3 nəfərlik kamerada tək qalır. Səhər yeməyindən sonra idmanla məşğul olur. Gündə 3 dəfə yeməklə təmin edilir. Həbsxana rəhbərliyinin təyin etdiyi gün və saatlarda hamama gedir. Aylıq 1200, həftəlik isə 300 lirə xərcləməyinə icazə verilir.

MilliYol.Az

Bu dövrdə xəbər yoxdur.

Adnan Oktarın “kedicik”lərlə cinsi əlaqədə olub-olmadığı araşdırılır - Milliyol.az