ABŞ və Cənubi Koreya birgə irimiqyaslı hərbi təlimlərə başlayıb


ABŞ və Cənubi Koreya növbəti birgə irimiqyaslı hərbi təlimlərə başlayıb

 APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, təlimlərə Cənubi Koreya Silahlı Qüvvələrinin 300 minədək hərbçisi və 11 500 amerikalı hərbçi cəlb edilib.  

Məlumata görə, Şimali Koreyanı qıcıqlandırmamaq məqsədi ilə təlimlərdə yalnız müdafiə vasitələrindən istifadə etmək qərara alınıb.
ABŞ və Cənubi Koreya birgə irimiqyaslı hərbi təlimlərə başlayıb - Milliyol.az