Əfqan Sadıqov həbs edildi

ABŞ Suriyaya zərbə endirdi

ABŞ-ın başçılığı altında koalisiya qüvvələrinin qırıcıları Suriyanın Haseke əyalətində terrorçu İŞİD qruplaşmasının mövqeyini vurub, nəticədə Əl-Fadil kəndində 25 dinc sakin ölüb

“Report” xəbər verir ki, hadisə əyalətin mərkəzindən 60 km cənub-şərqdə qeydə alınıb.

Hava hücumu nəticəsində ölənlərin əksəriyyətinin uşaq və qadın olduğu bildirilir.

Xatırladaq ki, bu ərazi İraqla Suriya arasındakı sərhəddə yerləşir. 2016-cı ildə İŞİD Hasekəyə aid Şedadi və Hol kəndlərindən çıxmaqla bölgədəki ən əhəmiyyətli mövqeyini itirmişdi.

ABŞ Suriyaya zərbə endirdi - Milliyol.az