Əfqan Sadıqov həbs edildi

ABŞ səfiri Marneulidəki insidenti qəbulolunmaz zorakılıq adlandırıb


ABŞ-ın Gürcüstandakı səfiri Yan Kelli ötən gecə azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonunda baş vermiş insidentə münasibət bildirib

APA-nın yerli bürosunun məlumatına əsasən, amerikalı diplomat seçki öncəsi törədilmiş hadisəni istənilən demokratik ölkə üçün qəbulolunmaz zorakılıq adlandırıb: “Biz, insanların yaralanması və onların bəzilərinin ağır vəziyyətdə olması ilə bağlı çox narahatıq.  Hüquq-mühafizə orqanları əməkdaşlarının cinayətkarları müəyyən edəcəklərinə inanırıq”.  
 
Qeyd edək ki, dünən gecə hakim “Gürcü Arzusu” Partiyasının Marneuli rayonunun Qızılhacılı kəndi üzrə bələdiyyə üzvlüyünə namizədi Ceyhun Çovdarov və onu müşayiət edən dörd nəfər güllələnib. Onlar yaralı vəziyyətdə xəstəxanaya yerləşdiriliblər.
 
MilliYol.Az
ABŞ səfiri Marneulidəki insidenti qəbulolunmaz zorakılıq adlandırıb - Milliyol.az