ABŞ prezidenti “Youtube”un binasında baş verən qətliamdan yazdı


ABŞ prezidenti "Youtube"un binasında baş verən qətliamdan yazdı

Ağ Ev sözçüsü Sara Sanders "Youtube"un binasında törədilən qətliam barədə ABŞ prezidentinə məlumat verdiyini və hadisələri yaxından izlədiklərini bildirib.
 
Qaynarinfo-nun xarici mətbuata istinadən məlumatına görə, ABŞ prezidenti Donald Tramp hadisə ilə bağlı tvit atıb:
 
"Kaliforniyanın San Bruno şəhərində "YouTube"un qərargahında törədilən qətliam barədə məlumatımız var. Fikir və dualarımız zərərçəkənlərlədir. Hazırda hüquq mühafizə orqanları hadisə yerindədir. İlkin müdaxilə üçün təşəkkür edirəm".
ABŞ prezidenti “Youtube”un binasında baş verən qətliamdan yazdı - Milliyol.az