Əfqan Sadıqov həbs edildi

ABŞ “oynamıram” deyə bilməz: pulunu vermişik – Türkiyə


Mənim bu barədə narahatlığım yoxdur. Çünki pulları ödənib, ətraflı bir müqavilədən söhbət gedir

Axar.az xəbər verir ki, bu sözləri Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu ABŞ-dan F-35 qırıcılarının alınması ilə bağlı jurnalistlərin suallarını cavablandırarkən deyib.

“Bu günə qədər bütün ödənişləri həyata keçirmişik. Bu anlaşma S-400 və ya başqa bir məsələ ilə bağlı deyil. “Mənim ürəyim sıxıldı, oynamıram” deyə biləcəkləri bir anlaşma deyil. Hüquqi öhdəlikləri var. ABŞ hökumətinin “vermirik” deyə bir təzyiqindən söhbət getmir. Biz NATO-nun əhəmiyyətli bir üzvüyük. Bütün bu ticarəti müttəfiqlərimizlə etmək istərdik. Ehtiyacımız varsa və bu ehtiyacı qarşılamalıyıqsa, mütləq təcili şəkildə bir yerdən qarşılayarıq. Bir əngəl, problem çıxacağını düşünmürəm”, - Çavuşoğlu bildirib.

Xatırladaq ki, ABŞ Nümayəndələr Palatasında F-35 təyyarələrinin Türkiyəyə satışının təxirə salınmasını nəzərdə tutan qətnamə layihəsi qəbul edilib.

MilliYol.Az

Bu dövrdə xəbər yoxdur.

ABŞ “oynamıram” deyə bilməz: pulunu vermişik – Türkiyə - Milliyol.az