Əfqan Sadıqov həbs edildi

ABŞ kürdlərin referendumunu dəstəkləmədi


ABŞ İraq Kürdüstanının müstəqilliyi barədə referendumu dəstəkləmir

MilliYol.Az AzVision.az-a istinadən bildirir ki, bunu Dövlət Departamentinin rəsmi nümayəndəsi Hizer Noyert bildirib.

O, qeyd edib ki, ABŞ-ın dövlət katibi Reks Tillerson bir müddət əvvəl hər iki tərəfin nümayəndələri ilə əlaqə saxlayıb.

"Biz öz dərin narahatlığımızı ifadə etdik. Buna birtərəfli referendum kimi baxırıq", - deyə Dövlət Departamentinin rəsmisi vurğulayıb. 

Noyert, həmçinin xatırladıb ki, Birləşmiş Ştatlar vahid, demokratik İraqı dəstəkləyir.

MilliYol.Az
ABŞ kürdlərin referendumunu dəstəkləmədi - Milliyol.az