Əfqan Sadıqov həbs edildi

ABŞ Koreya yarımadasına atom aviadaşıyıcısı göndərə bilər


«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatları (ABŞ) Koreya yarımadasına atom aviadaşıyıcısı göndərə bilər

Seul və Vaşinqton Koreya Xalq Demokratik Respublikasının (KXDR) yeni raket sınaqları keçirmək ehtimalı ilə bağlı bu imkanı nəzərdən keçirir.

Bu məqsədlə sözügedən sulara «Karl Vinson» və ya «Ronald Reyqan» aviadaşıyıcılarının göndərilməsi imkanlarına baxılır.

«Bizim məlumatımıza görə, Pxenyan avqustda böyük ehtimalla, yeni strateji provokasiya törədə bilər – nüvə və ya qitələrarası ballistik raket sınaqları həyata keçirə bilər» – deyə, Koreya Respublikası qərargah rəisləri Komitəsinin nümayəndəsi «TASS» agentliyinə danışıb.

Bundan başqa, nümayəndənin sözlərinə görə, avqustun sonunda Cənubi Koreya və ABŞ birgə «Ulchi Freedom Guardian» hərbi təlimləri keçirəcəklər.

Xatırladaq ki, iyulun 28-də Şimali Koreya növbəti raket sınaqları keçirib, raket Yapon dənizinə düşüb.

MilliYol.Az

Bu dövrdə xəbər yoxdur.

ABŞ Koreya yarımadasına atom aviadaşıyıcısı göndərə bilər - Milliyol.az