Əfqan Sadıqov həbs edildi

ABŞ-ın BMT-dəki daimi nümayəndəsini fitə basdılar


ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heylini Texas ştatındakı Hyuston Universitetindəki çıxışçı zamanı fitə basıblar

Virtualaz.org “The Algemeiner” nəşrinə istinadən xəbər verir ki, Heyli çıxışına başladıqdan bir neçə dəqiqə sonra zalda əyləşən bir kişi onu “soyqırımını dəstəkləməkdə” ittiham edib. Bunu eşidərkən Heyli “Aman allah” deməklə kifayətlənib.

Mənbə bildirir ki, 20-yə yaxın tələbə Fələstini dəstəkləyən şüarlar səsləndiriblər. Aksiya bir neçə dəqiqə davam edib. Bundan sonra Fələstin tərəfdarları zaldan çıxarılıb.

 MilliYol.Az

Bu dövrdə xəbər yoxdur.

ABŞ-ın BMT-dəki daimi nümayəndəsini fitə basdılar - Milliyol.az