Əfqan Sadıqov həbs edildi

ABŞ iki atom bombasını sınaqdan keçirib


ABŞ Energetika Nazirliyinin Milli Nüvə Təhlükəsizliyi İdarəsi (NNSA) ABŞ Hava Hərbi Qüvvələrinin iştirakı ilə avqust ayında iki dəfə döyüş başlığı olmayan “B61-12″ atom bombasını sınaqdan keçirib

“Report” “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə NNSA-nın məlumatında deyilir.

Sınaqlar avqsutun 8-də Nevada ştatındakı Tonopa poliqonunda həyata keçirilib, amma bu barədə məlumat indi verilib.

“F-15E” qırıcı-bombardmançı təyyarəsi nüvə başlığı olmayan iki bombanı aşağı atıb. Sınaqların məqsədi mütəxəssislərin “B61-12″nin qeyri-nüvə funksiyalarını və bombardmançı təyyarənin silah təchizatı qabiliyyətini qiymətləndirməsi olub. İdarədən sınaqların uğurlu keçdiyi bildirilib.
Xatırladaq ki, “B61-12″nin ilk belə sınağı bu ilin mart ayında baş tutub. Atom bombasının sınaqları müasirləşdirilməsi nəzərdə tutulan “B61″in xidmət müddətinin uzadılması çərçivəsində həyata keçirilir. “B61-12″ hazırda mövcud olan “B61″in dörd modifikasiyasını əvəz etməlidir. Onun sınaqları hələ üç il davam edəcək.

MilliYol.Az

Bu dövrdə xəbər yoxdur.

ABŞ iki atom bombasını sınaqdan keçirib - Milliyol.az