Əfqan Sadıqov həbs edildi

ABŞ hərbi texnikası Gürcüstana gətirilib


NATO-nun Gürcüstanda keçiriləcək “Layiqli tərəfdaş 2018” çoxmillətli hərbi təlimlərində iştirak edəcək ABŞ hərbi texnikası Poti limanına gətirilib

APA-nın yerli bürosunun Gürcüstan Müdafiə Nazirliyinə istinadən verdiyi məlumata görə, hərbi texnikaya “Stryker”, “Bradley” hərbi maşınları, M1A2 tipli “Abrams” tankları və digər hərbi avadanlıq daxildir.

Hərbi təlimlərdə iştirak edəcək ABŞ hərbçilərinin bir qrupu artıq Tbilisiyə gəlib. ABŞ hərbçilərinin digər qrupunun isə iyulun 31-nə qədər Gürcüstana gələcəyi nəzərdə tutulur.

Qeyd edək ki, “Layiqli tərəfdaş 2018” təlimlərinə avqustun 1-də Vaziani hərbi bazasında start veriləcək. Avqustun 15-dək davam edəcək təlimlərdə Azərbaycanla yanaşı 12 ölkənin 3 mindən çox hərbçisi iştirak edəcək.

Bu dövrdə xəbər yoxdur.