Əfqan Sadıqov həbs edildi

ABŞ-da Serj Sarkisyanın qardaşlarına qarşı cinayət işi açıldı


ABŞ Federal Təhqiqatlar Bürosunun (FBI) müstəntiqləri Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın qardaşları Aleksandr, Saşik və Levon Sarkisyana qarşı cinayət işi açıb

Azvision.az xəbər verir ki, müstəntiqlər həm ABŞ-da, həm də Ermənistanda Sarkisyanın qardaşlarının əməllərindən zərər çəkən iş adamları barədə materiallar toplamağa başlayıblar.

Ermənistanın keçmiş maliyyə naziri Qaqik Xaçatryan da FBİ-nin hədəfindədir. Xaçatryan vəzifədə olarkən çox sayda biznesmeni müflis edərək, onların əmlakını və biznesini ələ keçirməkdə ittiham olunur.

Sarkisyanın qardaşlarına qarşı açılan cinayət işinin təfərrüatları haqda məlumat verilməyib.

Bu dövrdə xəbər yoxdur.

ABŞ-da Serj Sarkisyanın qardaşlarına qarşı cinayət işi açıldı - Milliyol.az