ABŞ-da qırıcı təyyarə qəzaya uğrayıb, pilot ölüb


ABŞ-ın Texas ştatında "Laughlin" aviabazasının yaxınlığında Birləşmiş Ştatlar istehsalı olan "T-38 Talon" ikiyerlik səsdən sürətli təyyarəsi qəzaya uğrayıb

"Report" "Fox News" telekanalına istinadən xəbər verir ki, hadisə Del Rio şəhərində baş verib.

Qəza nəticəsində pilotlardan biri ölüb,digər pilot isə "Val Verde" tibb mərkəzinə çatdırılıb.

Hərbi prokurorluq hadisənin araşdırılmasına başlayıb.

MilliYol.Az
ABŞ-da qırıcı təyyarə qəzaya uğrayıb, pilot ölüb - Milliyol.az