Əfqan Sadıqov həbs edildi

ABŞ-da erməni yalanına qarşı aksiya keçirildi


Türklər Nyu Yorkda “Erməni yalanlarına son, öldürülən diplomatların xatirəsini yad edirik” şüarı ilə aksiya təşkil ediblər

Axar.az xəbər verir ki, erməni yalanlarına qarşı keçirilən bu aksiya sayca 13-cüdür. Aksiyanın təşkilatçısı Amerika Türk İcmaları Federasiyası olub.

Tayms-skver rayonunda keçirilən aksiyada etirazçılar qondarma erməni soyqırımının əleyhinə şüarlar səsləndiriblər. Bundan başqa, türklər aksiyada ermənilər tərəfindən qətlə yetirilən türk diplomatların şəkillərini və Türkiyə ilə ABŞ-ın bayraqlarını qaldırıblar.
 
MilliYol.Az

Bu dövrdə xəbər yoxdur.

ABŞ-da erməni yalanına qarşı aksiya keçirildi - Milliyol.az