Əfqan Sadıqov həbs edildi

ABŞ-da ağdərililər “milli azlığa” çevrilir - Hesabat


ABŞ-da ağdərililərin sayı azalmağa başlayıb

Axar.az xəbər verir ki, bu barədə məlumatı ABŞ-ın Əhalinin Statistika Bürosu yayıb. Büro 2016-cı ildən 2017-ci ilə qədərki dövr ərzində ağdərili amerikalıların sayının 31.516 nəfər azalaraq, 197,8 milyon nəfərə çatdığını bildirib. 

Yayımlanan hesabatda 2017-ci ildə Latın Amerikası ölkələrindən gəlmə amerikalıların sayının 2,1% artaraq, 58,9 milyon nəfərə, afroamerikalıların sayının 1,2% artaraq 47,4 milyon nəfərə, əslən asiyalı olan amerikalıların sayının isə 3,1% artaraq 22,2 milyon nəfərə çatdığı vurğulanıb.

Büro Avropadan ABŞ-a olan miqrant axınının azalmasının ağdərililərin sayının azalmasına şərait yaratdığını açıqlayıb. Azalmaya başqa bir səbəb kimi ABŞ-dakı bu qrupun yaşlanma prosesi göstərilib:

“Ağdərili amerikalıların sayı 2045-ci ildə 50%-dən aşağı ola bilər. Bu isə onları milli azlığa çevirəcək”.

Bu dövrdə xəbər yoxdur.

ABŞ-da ağdərililər “milli azlığa” çevrilir - Hesabat - Milliyol.az