Türkiyədə cəhd edilən hərbi çevriliş baş tutacağı halda elan edilməsi nəzərdə tutulan Hərbi Komandanlığın başına keçməli olan 8 general dünən axşam saatlarında Sabiha Gökçen hava limanında həbs olunub.
MilliYol.Az "Hürriyət"ə istinadən xəbərverir ki, həbs olunanların hamısı Hərbi Hava Qüvvələrinin generalları olub.
Həbs olunun generalların siyahısı da açıqlanıb: İrfan Can, İmdat Bahri Biber, Fethi Alpay, Haluk Sahar, Mehmet Özlü, Ahmet Biçer, Şaban Umut, Serdar Gülbaş.
Polisin keçirdiyi əməliyyatda saxlanılan generallar hazırda Terrorla Mübarizə Şöbəsində dindirilir.
MilliYol.Az



































