Əfqan Sadıqov həbs edildi

“5 yaşadək uşaq ölümü yarıya enib, ana ölümü 2 dəfə azalıb” - Nazir


"Azərbaycanda 1000 yeni doğulan körpə arasında 5 yaşadək uşaq ölümü göstəricisi 28%-dən 12,8%-ə düşüb. Ana ölümü əhəmiyyətli dərəcədə azalıb, yoluxucu və digər xəstəliklərə qarşı mübariz
ə gücləndirilib"

APA-nın xəbərinə görə, bunu Bakıda Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Gebreyesusun iştirakı ilə "BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərində səhiyyə islahatları" mövzusunda keçirilən yüksək səviyyəli iclasda çıxış edən səhiyyə naziri Oqtay Şirəliyev deyib.
 
Nazir bildirib ki, Azərbaycanda ifrat yoxsulluq aradan qaldırılıb, mütləq yoxsulluğun səviyyəsi 49%-dən 5%-ə enib.
 
O. Şirəliyev qeyd edib ki, son 25 ildə dünyada 5 yaşadək uşaq ölümü yarıya enib, ana ölümü 2 dəfə azalıb.
“5 yaşadək uşaq ölümü yarıya enib, ana ölümü 2 dəfə azalıb” - Nazir - Milliyol.az