Əfqan Sadıqov həbs edildi

21 ton Azərbaycan soğanı Rusiyaya buraxılmadı


Dağıstan Respublikasının Baytarlıq və Fitosanitar Nəzarəti Federal Xidmətinin əməkdaşları Rusiya-Azərbaycan sərhədinin "Yaraq-Qazmalar” keçid məntəqəsindən saxta sənədlərlə keçirilmə keçirilməsi planlaşdırılan külli miqdarda tərəvəz aşkar ediblər

Oxu.Az xəbər verir ki, bu barədə "Daqestanskaya Pravda” nəşri yazır. 

Məlumatlara görə, Azərbaycandan Rusiyaya keçirilməsi planlaşdırılan 21 ton soğanın fitosanitar sertifikatı etibarsız olub.

Faktla bağlı yük sahibinə qarşı "Karantin məhsullarının idxal və ixrac qaydalarının pozulması” maddəsi ilə protokol tərtib olunub.

Kənd təsərrüfatı mallarının Azərbaycan Respublikasına geri qaytarılması qərarı verilib.
21 ton Azərbaycan soğanı Rusiyaya buraxılmadı - Milliyol.az