Əfqan Sadıqov həbs edildi

150 İŞİD terrorçusu hökumət qüvvələrinə təslim oldu


İŞİD terror təşkilatının 150 döyüşçüsü Əfqanıstanın hökumət qüvvələrinə təslim olub

Bu barədə “Khaamа Press” agentliyi əfqan hərbçilərinə istinadən məlumat yayıb.

Qeyd olunub ki, Cauzcan əyalətində Əfqanıstan hökumətinə təslim olan 150 terrorçunun arasında İŞİD-in səhra komandiri Muləvi Rəhman da var. Onlar silah və sursatlarını hökumət qüvvələrinə təhvil veriblər.

Lakin “Khaamа Press” agentliyi bildirir ki, məsələ ilə bağlı nə hökumət əleyhinə savaşan silahlı qruplaşmalar, nə də İŞİD tərəfdarları açıqlama veriblər.(azvision.az)

Bu dövrdə xəbər yoxdur.

150 İŞİD terrorçusu hökumət qüvvələrinə təslim oldu - Milliyol.az