Dollar krediti olanlara pis xəbər

"Mərkəzi Bankın təqsiri ucbatından yaranmış dollar qıtlığı dollar kreditlərinin ödənilməsində də problemlər yaradıb. Belə ki, son müraciətlərə əsasən bəzi banklar borclulardan dollar kreditlərini manat ekvivlentində (hətta həmin bankın öz məzənnəsi ilə belə) qəbul etmir və ödənişin mütləq dollarla həyata keçirilməsini tələb edir. Səbəb məlumdur: manat faktiki olaraq artıq növbəti kəskin devalvasiyaya məruz qaldığı üçün dollar ödənişini rəsmi məzənnəyə nisbətdə 4 faizlik marja çərçivəsində manatla qəbul etmək banklara sərf etmir".
Ətraflı

Gənclər sektorunda gülənçi şəbəkə milyonları necə qazanır? - Nazir müavininə qarşı sərt ittihamlar

“Sizə bu məktubu yazarkən qısa bir araşdırma apardım. Bəlli oldu ki, 1 il ərzində İ.Babayevin nəzarətində olan Tələbə Gənclər Təşkilatları İttifaqı, “Bizim Nəsil” Gənclərin Regional İnkişaf Assosiasiyası, Gənclər Təşkilatları Milli Şurası, İrəli İctimai Birliyinə üst-üstə düz 500 MİN manat vəsait ayrılıb”.
Ətraflı

Azərbaycan iqtisadi böhrandan nə vaxt çıxacaq? - Ekspertlər şərh edir

Uzun müddətdir dünyanı ağuşuna almış iqtisadi böhran Azərbaycana da öz mənfi təsirlərini göstərməkdədir. Ölkədə bütün sahələrdə geriləmə müşahidə olunur, maliyyə çətinlikləri yaşanır, dövlət büdcəsinin icrasında ciddi problemlər oxtaya çıxır. Bəs görəsən Azərbaycan iqtisadi böhrandan nə vaxt çıxacaq? "Qaynarinfo.Az" bu sualla tanınmış iqtisadçı-ekspertlərə müraciət edib.
Ətraflı