Federal Ehtiyatlar Sisteminin (FED) rəsmiləri uçot dərəcəsi ilə bağlı fikirlərini bölüşüb. FED rəsmiləri əmlak bazarındakı son statistikanı olduqca müsbət qarşılayıb və uçot dərəcəsinin mərhələli şəkildə artırılmasının vacibliyini vurğulayıb. Bəs FED uçot dərəcəsini qaldırsa, manatın məzənnəsi hansı səviyyədə olacaq?
Bununla bağlı bağlı danışan bank üzrə ekspert Əkrəm Həsənov bildirib ki, FED-in qərarından asılı olmayaraq, Azərbaycanda növbəti devalvasiyaqaçılmazdır: "FED-in faiz dərəcəsini artırması neftin qiymətlərinin aşağı düşməsi, dolların məzənnəsinin yüksəlməsinə səbən olacaq. Bunun Azərbaycanın milli valyutasına təsiri qaçılmazdır. Ən uzağı yaxın bir ildə dollar 2 manatı vurub keçəcək. Çünki manatın indiki qiyməti onun bazar dəyəri deyil. Ancaq yaxın vaxtlarda manatın hansı karidorda olması FED-in qərarından, neftin qiymətindən və Azərbaycanın digər sahələrdə ixracatından asılıdır. Ümumilikdə, bu gedişlər Azərbaycanın xeyrinə olmayacaq. Neftin qiymətinin ucuzlaçması gözləniləndir. Çünki ABŞ və İran neft hasilatını xeyli dərəcədə artırır. Azərbaycanda isə əksinə, neft hasilatı enən xətlə gedir. Təsadüfi deyil ki, prezident də Nazirlər Kabinetinin toplantısında bir daha deyib ki, neft erası bitdi".
Milli Məclisin deputatı Vahid Əhmədov isə bu barədə proqnoz verməyin indi çətin olduğunu deyib: "FED-in uçot dərəcələrini qaldıracağı hələ dəqiq deyil. Əgər qaldırsa, manatın taleyi ilə bağlı nəsə demək olar".(qaynarinfo.az)
MilliYol.Az
Digər xəbərlər
loading...