"Dollar kreditlərinə xüsusi diqqət manat kreditlərini bir qədər kölgədə qoyub".
MilliYol.Az xəbər verir ki, bu sözləri bank üzrə ekspert Əkrəm Həsənov deyib.
Əkrəm Həsənov bildirib ki, həm əhali, həm də sahibkarlar nəinki dollar, həmçinin manat kreditlərini də ödəmir: "Bir qismi maliyyə çətinliyi ucbatından ödəmir. Bir qismi isə bilərəkdən ödəmir".
Ekspertin fikrincə insanlar manatın kəskin devalvasiyasını və nəticədə borclarının heçə çevrilməsini gözləyirlər. Təxmini belə düşünürlər: “Qoy bank məni versin məhkəməyə, məhkəmə prosesini aşağısı 1,5-2 il uzadaram, o vaxta qədər də manat bir neçə dəfə dəyərdən düşər (devalvasiya və inflyasiya olar, qiymətlər və maaşlar artar və s.), lap faizləri və cəriməsi ilə birgə də qaytarsam, ciddi məbləğ olmayacaq. O vaxtadək də əlimə düşəni dollara çevirib gözləyərəm...”
Əkrəm Həsənovun sözlərinə görə, elə banklar da məhz bu səbəbdən hazırda manatla kredit verməkdən yayınır:
"Mərkəzi Bankın yarıtmaz pul siyasəti və bank nəzarəti, eyni zamanda bankların da acgöz və qeyri-peşəkar fəaliyyəti hazırda özlərinə qarşı işləyir və nəticədə ölkənin maliyyə sistemini uçuruma aparır".
MilliYol.Az
Digər xəbərlər
loading...