Mayın 21-də Azərbaycan prezidenti İlham Əliyevin adından ölkəmizdə rəsmi səfərdə olan Serbiya Respublikasının prezidenti Aleksandr Vuçiçin şərəfinə rəsmi ziyafət verilib
Ətraflı
“Energetika sahəsində əməkdaşlıq üçün perspektivlər ümidvericidir. Bu məsələ imzalanan Fəaliyyət Planında öz əksini tapıb. Azərbaycan nəhəng enerji layihələrinin təşəbbüskarıdır və fəal iştirakçısıdır. Onların arasında “Cənub Qaz Dəhlizi” layihəsi xüsusi yer tutur. Gələn günlər ərzində biz artıq “Şahdəniz-2” layihəsinin başa çatmasını qeyd edəcəyik. Gələn ay TANAP layihəsi istismara verilməlidir. Beləliklə, Cənub Qaz Dəhlizinin əsas layihələri artıq başa çatmış olacaq. Bu, enerji təhlükəsizliyi məsələlərinə Azərbaycanın növbəti töhfəsidir. Bu nəhəng enerji layihəsi geniş beynəlxalq əməkdaşlıq məsələlərinin həllinə də öz müsbət təsirini göstərib. Hazırda bizim regionumuzda enerji sahəsində əməkdaşlıq yeni səviyyəyə qalxır” Ətraflı
Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədov və ölkəmizdə rəsmi səfərdə olan Serbiya Respublikasının Prezidenti Aleksandr Vuçiç mayın 21-də birgə işçi nahar ediblər
Ətraflı
“Sizi ilk növbədə prezident seçkilərində böyük əminliklə əldə etdiyiniz qələbə münasibəti ilə təbrik edirəm və Azərbaycan xalqına firavanlıq arzu edirəm. Sizi Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibəti ilə də təbrik etmək istəyirəm”
Ətraflı
“Biz sizin səfərinizə çox böyük əhəmiyyət veririk. Əminəm ki, səfər çox uğurlu keçəcək, Serbiya-Azərbaycan əlaqələrinin inkişafına böyük dəstək olacaq” Ətraflı
Mayın 21-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Serbiya Respublikasının Prezidenti Aleksandr Vuçiç ilə təkbətək görüşü olub Ətraflı
Serbiya Prezidenti Aleksandr Vuçiçin mayın 21-22-də Bakıya səfəri çərçivəsində Azərbaycan və Serbiya arasında aviasiya və avtomobil nəqliyyatı sahəsində iki saziş imzalanacaq Ətraflı