"Azərbaycanla Serbiya arasında iqtisadi əlaqələr qənaətbəxş deyil"
Bunu Serbiya prezidenti Aleksandr Vuçiç Azərbaycan-Serbiya işgüzar forumunda çıxışı zamanı bildirib.
A.Vuçiçin sözlərinə görə, iki ölkə arasında iqtisadi əlaqələr siyasi münasibətlər kimi daha yüksək səviyyədə olmalıdır.
"Bunu şərtləndirən bir çox amillər var. Dünən Azərbaycanla Serbiya arasında strateji əməkdaşlıqla bağlı bir neçə sahədə müqavilə imzalandı. Ümid edirəm bu, bizim ölkələr arasında qarşılıqlı münasibətlərin inkişafına töhfə verəcək",- deyə A.Vuçiç qeyd edib.
Son 3 il ərzində Serbiyanın büdcəsinin profisitlə icra olunduğunu vurğulayan prezident bu il ölkə vətəndaşlarının əmək haqlarının artırıldığını da qeyd edib.
Serbiya prezidenti Azərbaycan iş adamlarını ölkəsinə investisiya qoymağa çağırıb və ölkəsinə investisiya yatıran sərmayədarlara ayrıca güzəştlər ediləcəyini vurğulayıb.
"Serbiyada istənilən sahəyə investisiya yatıra bilərsiniz. İnvestisiyanın həcminə görə, investorlara 15-20% güzəşt ediləcək. Azərbaycanlı iş adamlarını daşınmaz əmlak, otel biznesi və s. investisiya qoymağa çağırıram. Sərmayədarlara dövlət tərəfindən vergi güzəştləri ediləcək, subsidiyalar veriləcək",- deyə Serbiya prezidenti əlavə edib.
MilliYol.Az
Digər xəbərlər
loading...