Serbiya Prezidenti Aleksandr Vuçiç mayın 21-də Azərbaycana səfərə gələcək
Bu barədə "Report" diplomatik mənbələrə istinadən xəbər verir.
Səfər zamanı A.Vuçiçin Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcəyi nəzərdə tutulur.
Bakıda iki ölkə arasında ikitərəfli əməkdaşlığın inkişafı məsələləri müzakirə olunacaq.
Bundan əlavə, Serbiya prezidentinin Azərbaycan Dillər Universitetində Serbiya Mərkəzinin açılışında iştirak edəcəyi gözlənilir.
Səfər mayın 22-də başa çatacaq.
Digər xəbərlər
loading...