“İcra başçısı rəislə gəlib burnumu sındırdı, məni şillə-təpiyin altına saldı, sonra da...” - Beyləqanda ilginc cinayət

'Dünən gecə birin yarısında icra başçısı Vaqif Abdullayev və rəis Fizuli Şıxəliyev iş yerimə gəldi. İçəri girən kimi dəmir dirəkləri soruşdu. Dedim ki, şirkət aparıb və işçiniz Novruz müəllimə məlumat vermişəm. Başladı mənim var-yoxumu, valideynlərimi, ölümü söyməyə. Söyə-söyə burnuma zərbə vurdu. Məni şillə-təpiyin altına saldı. Rəisə dedi ki, bunu atın içəri yükləyin, tapançadan, narkotikdən qoyun cibinə getsin'
Ətraflı

“Bakı dünya xəritəsində çox məşhur şəhərə çevrilib” - Prezident

“Azərbaycan həm regional, həm də qlobal əməkdaşlıq məkanına çevrilir. Biz Rusiya və ABŞ ordularının baş qərargah rəislərinin görüşlərinin keçirilməsi məkanı kimi Bakının seçilməsi təklifini bizə hörmət və etimad əlaməti kimi qiymətləndirdik. Biz bunu həm də Azərbaycanın düzgün qurulmuş xarici siyasətinin daha bir elementi kimi qiymətləndiririk”
Ətraflı

“Başqaları susdu, mən isə danışdım, üzərimə hücuma keçdilər” - Deputat

“Almaniyanın Köln şəhərində azərbaycanlıların soyqırımının 100 illiyi ilə bağlı tədbir uğurlu alındı. Bunu bir daha ona görə təkrarlamaq məcburiyyətindəyəm ki, Avropadakı 3-5 nəfərlik söyüş qrupu dayanmadan mənə və toplantıya qatılanlara qarşı söyüşlər yağdırır, hamını təhqir edirlər. Yaxşı, məni hədəf götürmüsünüz, çünki aylardır sizinlə sivil müstəvidə mübarizə aparmaq istəyirəm və fikirlərimi də zaman-zaman sosial şəbəkədə yazıram. Bəs toplantımıza qatılan insanları və onların ailələrini niyə təhqir edirsiniz? Onların baxışları sizin “baxışlarla” üst-üstə düşmürsə, toplantıya gələn soydaşlarımız müxalifəti yox, iqtidarın siyasətini dəstəkləyirsə, təhqir olunmalıdırlar? Bəs harda qaldı sizin guya uğrunda savaşdığınız “demokratiya”və “fikir azadlığı”? Niyə hamı sizin kimi düşünməlidir? Avropadakı soydaşlarım sizin kimi düşünmürsə, kim sizə ixtiyar verib ki, soydaşlarımıza, o cümlədən toplantıya qatılan Anadolu türklərinə radikal kürd damğası vurasınız? Ora toplaşanların hər biri erməni və kürd separatçılarına qarşı savaşmağa hər an hazır olan millətçi insanlardır”
Ətraflı