Rusiyalı qrossmeyster Harri Kasparov xarici siyasətçiləri yayda Rusiyanın ev sahibliyi edəcəyi futbol üzrə dünya çempionatını boykot etməyə səsləyib
Gazeta.ru xəbər verir ki, şahmat ustasının müraciəti “Frankfurter Allgemeine Zeitung” qəzetində dərc olunub.
“Mən birmənalı olaraq, idman tədbirlərinin boykot edilməsinə qarşı çıxıram, çünki mənim fikrimcə, boykot yalnız idmançıları cəzalandırır. Habelə Moskvadakı rejimin və Rusiya rəhbərliyinin düşməncəsinə törətdiyi hərəkətlərin siyasi boykotunu dəstəkləyirəm”, - deyə Kasparov bildirib.
H.Kasparov Rusiyanın “düşməncəsinə hərəkətlərinə” Britaniyada keçmiş rusiyalı kəşfiyyat zabiti Serqey Skripalın zəhərlənməsini nümunə göstərib.(virtualaz.org)
Digər xəbərlər
loading...